Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" nun məlumatına əsasən 9 yanvar 2021-ci il tarixində Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürmüşdür.
Şıxzəhirli
vulkanının dalğa forması
Gün
ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunmuşdur.
Birincisi yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi
h=2.0 km, enerjisi Е=0,37×107
C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi
h=2.0 km, enerjisi Е=0,29×107
C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi
Е=0.30×107
C) baş vermişdir.
Şıxzəhirli vulkanının eisentrlər xəritəsi