Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi”nə dair müzakirələr aparılıb

10 Fevral 2022
“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi”nə  dair müzakirələr aparılıb

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi”  (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində tərəfdaş ölkələrin nümayəndələri arasında növbəti müzakirələr keçirilib.

“Zoom” platforması üzərindən onlayn şəkildə həyata keçirilən müzakirələrdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini, sistem adminstratoru Ruqiyyə Kərimova və mərkəzin əməkdaşı Lalə Piriyeva iştirak ediblər.

 

Müzakirələrdə layihə çərçivəsində tərəfdaş ölkələrdə görülmüş işlər haqqında məlumat verilib. RSXM-nin icraçı direktoru Rauf Muradov Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması haqqında məruzə edib. Yeni stansiyaların quraşdırılması prosesinin davam etdiyini bildirən R.Muradov artıq bir neçə stansiyanın fəaliyyətə başladığını qeyd edib.

Görüşdə tərəfdaş ölkələr arasında əməkdaşlığın gələcək perspektivləri haqqında da müzakirələr aparılıb.

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə