Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” mövzusunda növbəti müzakirələr keçirilib

19 Avqust 2021
“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” mövzusunda növbəti müzakirələr keçirilib

Avqustun 18-də Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində tərəfdaş ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb. 

 

Müzakirələrdə Azərbaycan tərəfdən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov iştirak edib.

Onlayn şəkildə keçirilən müzakirələr zamanı layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması, seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi və aparılan tədqiqatların keyfiyyətinin yüksəlməsi haqqında məsələləri müzakirə ediblər.

Məlumat üçün qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-i Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaq. Artıq quraşdırma işlərinə ilkin mərhələdə start verilib. Bu stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə