Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsinin icrası ilə tərəfdaş ölkələr arasında videokonfrans keçirilib

22 İyul 2020
“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsinin icrası ilə tərəfdaş ölkələr arasında videokonfrans keçirilib

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar olaraq iyulun 22-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib. İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri Ramiz İsgəndərov və Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

  

Xarici tərəfdaş ölkələrdən isə Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) prezidenti Robert Vudvard,  IRIS Stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, menecer Bob Busby, Proqram Meneceri Katrin Hafner, Stansiya mütəxəssisi Jeremy Miner, Layihə meneceri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze və s. iştirak ediblər. 

  

Qeyd edək ki, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, hazırda dünya ölkələrində COVİD19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə