“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi üzrə növbəti müzakirələr keçirilib
Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr keçirilib.
“Zoom” platforması üzərindən onlayn keçirilən iclasda layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi və aparılan tədqiqatların keyfiyyətinin yüksəlməsinə səbəb olacağını bildiriblər.
Həmçinin tərəfdaş ölkələrə quraşdırılacaq seysmik stansiyaların yerləşdirilməsi və seçilmiş yerlərlə bağlı da işçi qaydada məlumatlar verilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi