Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi ilə bağlı iclas keçirilib

22 İyul 2022
“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi ilə bağlı  iclas keçirilib

İyulun 21-də “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti onlayn iclas keçirilib. İclasda layihə çərçivəsində görülən işlərə dair hesabatlar təqdim olunub. 

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov öz çıxışında bildirib ki, layihə çərçivəsində Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i artıq tam quraşdırılıb. Quraşdırılma işlərindən sonra stansiyalardan siqnalların qəbulu prosesinin başlandığını qeyd edən şöbə müdiri 12 yeni seysmik stansiyadan məlumatların RSXM-nin Monitoriq Mərkəzinə ötürüldüyünü bildirib. Onun sözlərinə görə, hazırda digər stansiyaların da məlumatlarının ötürülməsinin təmin olunması üzərində işlər davam etdirilir.

 

Qeyd edək ki, iclasda yeni stansyalardan alınmış məlumatların emalı və digər məsələlərə dair də müzakirələr aparılıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə