Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

21 Fevral 2022
Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulmuşdur ki, artıq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya  quraşdırılıb. 

 

Hal-hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü - Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə