Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Oxford Universitetinin professoru Rəşid Cavanşir RSXM-də olub

14 İyul 2021
Oxford Universitetinin  professoru Rəşid Cavanşir RSXM-də olub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universiteti arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr davam etdirilir. İyulun 14-də Oxford Universitetinin nümayəndəsi və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəşid Cavanşir Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Görüşdə  RSXM - nin baş direktoru,  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA-nın vitse - prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini Rauf Muradov, eləcə də müvafiq şöbələrin rəhbərləri iştirak ediblər.

 

Görüş zamanı RSXM-də zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodları, eləcə də geodinamiki və geofiziki tədqiqatlara dair məsələlər müzakirə olunub. Həmçinin müzakirələrdə Böyük Britaniyanın Oxford Universiteti ilə əməkdaşlıq ediləcək sahələr üzrə məsələlərə də baxılıb və qarşılıqlı təcrübə mübadiləsinə dair təkliflər irəli sürülüb. 

RSXM-nin fəaliyyətinə dair mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova tərəfindən prezentasiya təqdim edilib. 

Məlumat üçün qeyd edək ki,  2021-ci ilin sentyabr ayında Oxford Universitetinin professoru Richard Voalkerin Azərbaycana səfəri nəzərdə tutulur. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə