Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Oxford Universiteti və RSXM arasında növbəti müzakirələr keçirilib

30 Aprel 2021
Oxford Universiteti və RSXM arasında növbəti müzakirələr keçirilib

Aprelin 30-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda işçi qaydada növbəti müzakirələr davam etdirilib.

 

“Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Azərbaycan tərəfindən RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi Rafiq Səfərov, Oxford Universitetin Yer Elmləri Bölməsin elmi doktorları Ian Pierce və Tamarah King iştirak ediblər. 

İclasa moderatorluğu hər iki tərəfin təmsilçisi - Oxford Universitetinin və Azərbaycan Milli Emlər Akademiyasının müxbir üzvü, professor Rəşid Cavanşir edib. 

Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb və qarşılıqlı təcrübə mübadiləsinə dair təkliflər irəli sürülüb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə