Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Oxford Universiteti və RSXM arasında növbəti müzakirələr keçirilib

2 Aprel 2021
Oxford Universiteti və RSXM arasında növbəti müzakirələr keçirilib

Aprelin 2-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda növbəti müzakirələr davam etdirilib. 

 

“Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Azərbaycan tərəfindən RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, RSXM-nin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər. 

İclasa moderatorluğu hər iki tərəfin təmsilçisi - Oxford Universitetinin və Azərbaycan Milli Emlər Akademiyasının müxbir üzvü, professor Rəşid Cavanşir edib. İclasda BP şirkətinin nümayəndələri və AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları da iştirak ediblər. 

Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb.

Qeyd edək ki, müzakirələrdə məqsəd həm Azərbaycan, həm BP, həm də Oxford və Kembric Universitetlərinin gənc alim və mütəxəssislərinin birgə tədqiqatların aparılması, işçi qrupunun yaradılması və onların gələcəkdə birgə iş aparmalarının təşkili, həmçinin savadlı tələbələri aşkarlayaraq Oxford və Kembricə təhsillərini davam etdirməsini təmin etməkdir.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə