Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Oksford Universitetinin professoru Riçhard Voalker Bakıda səfərdədir

15 Yanvar 2024
Oksford Universitetinin professoru Riçhard Voalker Bakıda səfərdədir

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker Azərbaycanda səfərdədir.

Yanvarın 15-də qonaq AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova  və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov da iştirak ediblər.

Müzakirələr zamanı Böyük Britaniyanın Oksford Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub.

Görüşdə həmçinin Böyük Britaniyanın Oksford Universiteti və RSXM əməkdaşlarının ötən il Salyan və Göyçay rayonlarında birgə apardıqları tədqiqatlar zamanı qazılmış xəndəklərdən götürülmüş nümunələr əsasında alınmış paleoseysmloji nəticələr də müzakirə olunub.

Görüşdə maraq doğuran bir sıra məsələlərə də aydınlıq gətirilib, xatirə şəkili çəkilib və qonağa hədiyyə təqdim olunub.

Qeyd edək ki, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprel ayında Azərbaycan nümayəndə heyətinin Oksford Universitetinə tanışlıq səfəri nəzərdə tutulur.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə