Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Oksford Universitetinin nümayəndələri RSXM-də məruzələrlə çıxış ediblər

25 Noyabr 2021
Oksford Universitetinin nümayəndələri RSXM-də məruzələrlə çıxış ediblər

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce noyabrın 25-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatların əməkdaşları üçün Oksford Universitetində Yer Elmləri sahəsinə aid aparılan elmi tədqiqatlar və Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihəyə dair məruzələrlə  çıxış ediblər.

 

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Böyük Britaniyanın Oksford Universiteti AMEA-nın Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatlarla yaxından əməkdaşlıq qurmaq niyyətindədir. Bununla bağlı xeyli vaxtdır ki, tərəflər arasında onlayn görüşlər keçirildiyini və müzakirələr aparıldığını deyən baş direktor Oksford Universiteti nümayəndələrinin Azərbaycana səfərinin tanışlıq xarakteri daşıdığını bildirib. Q.Yetirmişli onu da qeyd edib ki, britaniyalı qonaqlar Şamaxı-İsmayıllı bölgəsinə səfər edərək tədqiqat poliqonlarında olublar.

 

Tədbirdə Oksford Universitetinin professoru Riçhard Voalker Mərkəzi Asiyada tarixi zəlzələlər və aktiv qırılmalara dair aparılan elmi tədqiqatların nəticəsi haqqında məruzəsini təqdim edib.

Qeyd edək ki, məruzədə kosmik peyk çəkilişləri nəticəsində zəlzələlərdən sonra Yerdə yaranmış aktiv qırılmalara dair əldə olunmuş məlumatlardan istifadə olunub. Britaniyalı alim  Azərbaycan ərazisində də bu istiqamətdə elmi tədqiqat institutları ilə birgə elmi araşdırmalar aparmaq niyyətində olduqlarını deyib.

 

Oksford Univeristetinin əməkdaşı İan Pierce isə Azərbaycanla bağlı layihədə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzəni təqdim edib.

Məruzələrin təqdimatından sonra britaniyalı qonaqlar iştirakçıların suallarını cavablandırıblar.

AMEA  nəzdində RSXM-nin İnformasiya söbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə