Oksford Universitetinin əməkdaşları Şamaxı-İsmayıllı bölgəsinə səfər ediblər
Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri - professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birlikdə Şamaxı-İsmayıllı bölgəsində (Şamaxı, Ağsu, İsmayıllı, Lahıc, Pirqulu, Göyçay) tədqiqat poliqonlarına səfər ediblər.
Səfər çərçivəsində britaniyalı qonaqlar ərazidəki geoloji struktur və palçıq vulkanları ətrafındakı vəziyyətlə yaxından tanış olublar.
Oksford Universitetinin nümayəndələrinin Azərbaycana səfəri davam edir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi