Oksford Universitetinin əməkdaşları Salyan rayonundakı tektonik qırılmalar sahəsinə səfər ediblər

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Salyan rayonu ərazisində olan tektonik qırılmalar sahəsinə səfər ediblər.
Səfər çərçivəsində
britaniyalı qonaqlar tektonik qırılmalar sahəsi ilə yaxından tanış olublar. Qeyd edək
ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən İNSAR
texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi