Oksford Universitetinin əməkdaşı Şirvan şəhəri ətrafındakı palçıq vulkanlarının yerləşdiyi əraziyə səfər edib
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşı İan Pierce AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ilə birlikdə Şirvan şəhəri və ətrafında olan aktiv qırılma zonalarına, eləcə də palçıq vulkanlarının yerləşdiyi ərazilərə səfər edib. Oksford Universitetinin nümayəndəsinin səfəri tanışlıq məqsədi daşıyır.
Qeyd edək ki, Oksford Universitetinin əməkdaşları Azərbaycandakı qırılmalar zonasında AMEA-nın Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatlarla birlikdə elmi tədqiqatlar aparmaq niyyətindədirlər və gələn ilin aprel ayında onların ölkəmizə növbəti səfəri nəzərdə tutulur.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi