Media nümayəndələrinin diqqətinə!
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 27 Mart 2024-cü il tarixində saat 11:00-da “Açıq qapı” günü keçiriləcək.
Tədbirdə 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək.
Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunacaq.
Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri iştirak edəcəklər.
Bütün media nümayəndələri tədbirə dəvətlidirlər!
(Ünvan: Akademiya şəhərciyi, H.Cavid pr.123, AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzi)