"Kinemetrics"in rəhbərləri Bakıya səfər edib
ABŞ-ın "Kinemetrics" şirkətinin prezidenti Oge Kuracia və şirkətin vitse-prezidenti Mathias Franke Azərbaycana səfərə gəliblər. Səfər çərçivəsində amerikalı qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə Amerika və Azərbaycan seysmoloqları arasında birgə əməkdaşlıq məsələləri,həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Mathias Franke RSXM-nin Zəlzələlərin Tədqiqatı Bürosunda Sistem Adminstratorları ilə Antelope Real Time sisteminin moderinləşdirilməsi və yenilənməsini müzakirə edib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi