Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur və Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzinin direktoru Tea Godoladze Azərbaycanda səfərdədirlər

24 Oktyabr 2022
Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur və Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzinin direktoru Tea Godoladze Azərbaycanda səfərdədirlər

Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze və həmin mərkəzin əməkdaşı Albert Vuzaladze  Azərbaycanda səfərdədirlər. 

Səfər çərçivəsində qonaqlar oktyabrın 24-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. AMEA nəzdində RSXM-nin icraçı direktoru, dosent Rauf  Muradov tikintidə seysmikliyin qiymətləndirilməsi və seysmikliyin qiymətləndirilməsinə təsir edən amillərin öyrənilməsi sahəsində olan yeniliklərə toxunaraq, professor Tuna Onurun Azərbaycan üçün hazırladığı yeni modeli təqdim edəcəyini bildirib. 

Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur mərkəz əməkdaşları üçün “Azərbaycanda seysmik təhlükənin qiymətləndirilməsinin yeni modeli” mövzusunda məruzə ilə çıxış edib. Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib. 

İclasda AMEA nəzdində RSXM - nin aparıcı elmi işçisi, geologiya-mineralogiya  üzrə  fəlsəfə  doktoru  Şahbəddin  Musayev  Azərbaycan ərazisinin geoloji quruluşu, eləcə də quru ərazilər və Xəzər dənizində Yer səthində olan qırılmalara dair məruzə təqdim edib. 

Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze isə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində görülən işlərdən və iki ölkə arasında həyata keçirilən birgə əməkdaşlıq məsələlərindən danışıb. 

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Qeyd edək ki, səfər çərçivəsində professor Tuna Onurun bir sıra dövlət qurumlarında da rəsmi görüşləri nəzərdə tutulub. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə