Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Hörmətli media nümayəndələri!

2 İyun 2023
Hörmətli media nümayəndələri!

6-9 iyun 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII  Beynəlxalq  konfrans keçiriləcək. Konfransda yerli və xarici ölkələrdən olan seysmoloq alim və mütəxəsisslər, bir sıra dövlət qurumlarının rəsmiləri, Türkiyə  Elm və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) prezidenti Hasan Mandal, AMEA rəhbərliyi, elmi institut və təşkilatların rəhbərləri, ali məktəb rektorları iştirak edəcəklər.

Konfransdan əvvəl iştirakçılar 6 iyun saat 09:00 da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Konfransın açılış mərasimi 6 iyun 2023-cü il tarixində saat 11:00 - da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında (Ünvan: Bakı şəh., H.Cavid pr.129) keçiriləcək.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə  Elm və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) prezidenti Hasan Mandal, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edəcəklər. Daha sonra konfrans öz işini müvafiq panellər üzrə davam etdirəcək. Konfrans çərçivəsində həmçinin ölkəmizə gələn xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislərin Şuşa şəhərinə səfəri də nəzərdə tutulub.

Bütün media nümayəndələri tədbirə dəvətlidirlər!

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə