GFZ-nin nümayəndəsi RSXM-də olub
Alman Geoelmlər Araşdırma Mərkəzinin (GFZ) Geodeziya bölməsinin rəhbəri, professor Mahdi Motagh AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub. Qonaq RSXM-də görülən işlərlə yaxından tanış olub.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova RSXM-də aparılan kompleks seysmoloji, geofiziki, geodinamiki, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib. Görüşdə RSXM-in “ Zəlzələlərin tədqiqatı” bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazimov və digər əməkdaşlar iştirak ediblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi