Fransa-Azərbaycan Universitetinin tələbələri RSXM-nin poliqonlarında təcrübə keçəcəklər
Bakıda fəaliyyət göstərən Fransa -Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əsgərov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-nin bazasından istifadə etməklə yay təcrübi praktikasının keçirilməsinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qeyd edək
ki, Strasburq Universitetinin və Fransa-Azərbaycan Universiteti rəhbərliyinin təşəbbüsü
ilə bu ali məktəbin Yer elmləri ixtisası istiqamətində təhsil alan tələbələri təcrübi
praktikanı mərkəz əməkdaşlarının ekspedisiya apardıqları poliqonlarda keçəcəklər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi