FHN-nin kursantları RSXM-də olublar
Aprelin 8-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 3-cü kurs kursantları AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində olublar.
AR Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının baş müəllimi, kapitan Aysel Rəhmanlı-Süleymanovanın rəhbərliyi ilə mərkəzə ekskursiya edən kursantlar RSXM-nin fəaliyyət istiqaməti, mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələrlə yaxından tanış olublar.
RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları Zümrüd İsmayılova və Günay Bəkdəmirova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları Turan Yusifova və Arzu Məmmədova təqdimatla çıxış edərək, tələbələrə mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar haqqında təqdimatla çıxış ediblər.
Həmçinin RSXM-nin Episentral şöbənin müdiri vəzifəsini icra edın Zahid Qədirov və şöbənin elektronçusu Əmirxan Abbasov mərkəzdə aparılan elmi tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqların iş prinsipini kursantlara izah ediblər.
Görüşdə kursantları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Sonda xatirə şəkili çəkilib.