Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib

26 May 2023
Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda keçirdiyi maarifləndirmə tədbirləri davam edir.

Mayın 26-da növbəti maarifləndirmə tədbiri Bakı şəhərinin Yasamal rayonundakı Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçıları mövzü ilə bağlı məlumatlandırıb. Yasamal rayonu Faiq Rzayev adına 150 saylı tam orta məktəbin direktoru Pərvanə Səfərova tədbirdə çıxış edərək mövzunun aktuallığını və keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb. Sonda maraq doğuran suallar cavablandırılıb və iştirakçılara mövzu ilə əlaqədar bukletlər paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbirləri RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası və “Tədris” şöbəsinin təşkilatçılığı keçirilir.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə