Daşlı adasındakı vulkanının püskürməsi ilə bağlı dövlət qurumlarının nümayəndələri brifinq keçiriblər
İyulun 4-də saat 21:51-də Xəzər dənizindəki Daşlı adasında baş verən palçıq vulkanının püskürməsi ilə bağlı iyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, SOCAR və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə media nümayəndələri üçün brifinq keçirilib.
Brifinqdə çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Daşlı vulkanında sonuncu dəfə 1945-ci ildə püskürmənin qeydə alındığını bildirib. Baş direktor ötən gün qeydə alınmış püskürmə haqqında məlumatları media nümayəndələrinin diqqətinə çatdırıb. Qurban Yetirmişli həmçinin mövzu ilə bağlı jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırıb.
Tədbirdə digər dövlət qurumlarının nümayəndələri də çıxış edərək, suallara aydınlıq gətiriblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi