Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Daşkəsəndə yeni seysmik stansiya quraşdırılıb

1 Noyabr 2021
Daşkəsəndə yeni seysmik stansiya quraşdırılıb

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.  İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. 

 

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq. Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq. Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Məlumat üçün bildirək ki, RSXM seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə,  eləcə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatların səviyyəsinə görə təkcə regionda deyil, MDB ölkələri, eləcə də Yaxın Şərq və Avropa ölkələri arasında liderdir.


AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə