Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bakıda “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda müzakirələr keçirilir

10 Fevral 2020
Bakıda “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda müzakirələr keçirilir

Bakıda “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbir keçirilir. Tədbirdə zəlzələ zamanı baş verə biləcək fəsadların aradan qaldırılması, bina və qurğuların tikintisi zamanı ərazinin seysmik qiymətləndirilməsinin aparılması və tikinti normalarına əməl edilməsi, eləcə də bu sahədə maarifləndirmə işlərinin aparılması kimi məsələlər müzakirə olunur. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tədbirdə çıxış edib. RSXM-nin baş direktoru öz çıxışında tikinti işləri aparılan zaman binaların yerləşdiyi ərazilərin seysmikliyinin öyrənilməsinin vacibliyini önə çəkərək, binaların zəlzələyə davamlılığının bir çox hallarda tikinti normalarına əməl edilməsindən asılı olduğunu qeyd edib. 

Qeyd edək ki, fevralın 12-də başa çatacaq tədbirdə yerli dövlət qurumlarının nümayəndələri ilə yanaşı, xarici mütəxəssislər də iştirak edirlər. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə