Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bakıda seysmoloqların Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransı keçiriləcək

1 İyun 2023
Bakıda seysmoloqların Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransı keçiriləcək

6-9 iyun 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək. Konfransda yerli və xarici ölkələrdən olan seysmoloq alim və mütəxəsisslər, bir sıra dövlət qurumlarının rəsmiləri, Türkiyə  Elm və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) prezidenti Hasan Mandal, AMEA rəhbərliyi, elmi institut və təşkilatların rəhbərləri, ali məktəb rektorları iştirak edəcəklər. 

Qeyd edək ki, konfransın açılış mərasimi 6 iyun 2023-cü il tarixində saat 11:00 – da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında (Ünvan: Bakı şəh., H.Cavid pr.129) keçiriləcək. Konfrans çərçivəsində həmçinin ölkəmizə gələn xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislərin Şuşa şəhərinə səfəri də nəzərdə tutulub. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə