Bakıda seysmoloqların Beynəlxalq konfransı keçiriləcək
17-19 may 2022-ci il tarixlərində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Bakıda 1902-ci il Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş “Seysmologiya və zəlzələ mühəndisliyi üzrə” VII Beynəlxalq konfrans keçiriləcək.
Konfransda xarici ölkələrin seysmoloji mərkəzlərinin və beynəlxalq seysmoloji təşkilatların nümayəndələri, yerli və xarici alimlərin iştirakı nəzərdə tutulur.
Konfransda iştirak etmək üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat və materialların təqdim edilməsi (tezislər, məqalələr, məruzələr) 25 mart 2022-ci il tarixinə qədər aparılacaq. Təqdim edilmiş materialların konfrans materialı kimi dərc olunması nəzərdə tutulub.
Konfransda iştirak etmək istəyən alim və mütəxəssislər on beş (15) gün müddətində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi elektron ünvanına [email protected] müraciət edə bilərlər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi