Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

10 May 2024
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

13-15 May 2024-cü il tarixlərində Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq  konfrans keçiriləcək.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək.

Konfransın açılış mərasimi 13 may 2024-cü il tarixində saat 10:00-da "Radisson Hotel"in “Füzuli” zalında keçiriləcək. (Ünvan: Azadlıq Prospekti 1)

Bütün media nümayəndələri konfransa dəvətlidirlər.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə