Azərbaycanın şimal-şərq hissəsinin modeli işlənib
Azərbaycanın şimal-şərq hissəsinin 2003-cü ldən 2017-ci ilə qədər dövrü əhtə edən gərginlik sahəsi azərbaycanlı alimlər tərəfindıən tədqiq edilib. Tədqiqatlar AMEA Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. AMEA Neft və Qaz İnstitunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologya-mineralogiya elmlər doktoru Qulam Babayev, RSXM-nin “Zəlzələ ocaqlarının dinamiksı” şöbəsinin müdiri, geologiya -mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova və italiyalı professor Luiano Teleskanın həmmüəllfi olduğu işlərin nəticəsinə dair ötən il “Pure and Applied Geophysics” jurnalında məqalə nəşr olunub.
Qeyd edək ki, xarici mütəxəssislər tərəfindən maraqla qarşılanan məqalədə bildirlir ki, Azərbaycan ərazisi zəlzələlərin sıx olduğu müxtəlif sahələrdə yüksək seysmik aktivliklə səciyyələnir. Bu tədqiqatda 2003-cü ildən 2017-ci ilə qədər olan müddətində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seyismoloji Xidmət Mərkəzinin (RSXM) stansiyaları tərəfindən qeydə alınan rəqəmsal dalğa məlumatlarından istifadə edərək, Azərbaycanın şimal-şərq hissəsində baş verən zəlzələlərin ocaq mexanizmi hesablanmışdır.
Məlumat üçün deyək ki, ilk P dalğaasının polyarlaşması yüksək etibarlılığa malik ocaq mexanizmlərinin məlumatları üçün əsas meyardır. Azərbaycanın şimal-şərq hissəsindəki ərazilərdə fərqli tektonik deformasiyaların və müasir gərginlik sahə modellərinin tədqiqi zamanı ocaq mexanizmlərinin məlumatları tətbiq edilmişdir. Böyük Qafqaz silsiləsinin qərb və mərkəzi hissələri əsasən şimal-şərq və cənub-qərb (NE-SW) gərilmə gərginliyi ilə xarakterizə olunur, şərq hissəsində isə əksinə olaraq gərginlik davam edir və intensiv sıxılma halına gəlir. Bundan əlavə, sol tərəfli qırılıb qalxma hərəkətinin üstünlük təşkil etdiyi sağ-tərəfli qırılma hərəkətinə çevrilməsi Böyük Qafqaz dağ silsilələrindən cənuba doğru açıq şəkildə izlənilə bilir. Bu xüsusiyyətlər arasındakı fərqlər böyük tektonik zonalar (Balakan-Zaqatala, Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı) üçün nəzərdə tutulur. Tədqiq olunan ərazinin Zaqatala bölgəsində sıxılma oxlarının şimal-qərb, cənub-şərq orientasiyası müşahidə olunur, Şəki bölgəsində orientasiya şimal-cənub istiqamətinə doğru, Xəzər dənizində isə şimal-şərq, cənub-qərb istiqamətində uzanır. Tektonik brekçiya zonasında olan əsas gərginlik oxlarının orientasiyasındakı əhəmiyyətli məkan variasiyaları və onların yerli zəif variasiyası şimal-şərq, cənub-qərb istiqamətindəki ümumi gərginliyin olmasının göstəricisidir.