Azərbaycan və Rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.
Səfər çərçivəsində
RSXM-nin baş direktoru ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin, Serqo Orjonikidze adına
Rusiya Dövlət Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi - texniki əməkdaşlıq”
haqqında Razılaşma imzalanıb. Sənədi Serqo Orjonikidze adına
Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli
imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq
çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata
keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması,
ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi