Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Azərbaycan seysmoloqlarının birgə müəllifliyi ilə Amerikanın “Tectonics” elmi jurnalında məqalə dərc olunub

12 Mart 2024
Azərbaycan seysmoloqlarının birgə müəllifliyi ilə Amerikanın “Tectonics” elmi jurnalında məqalə dərc olunub

Azərbaycan seysmoloqlarının birgə müəllifliyi ilə (Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Oxford Universitetinin professoru Rəşid Cavanşir, RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Oxford Universitetinin professoru Richard Voalker, İan Pierce, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova) “America Geophysical Union”-un  (Amerika Geofizika İttifaqı) “Tectonics” jurnalında “Surface Rupturing Earthquakes of the Greater Caucasus Frontal Thrusts, Azerbaijan” (Böyük Qafqaz dağ silsiləsi ərazisində üstəgəlmə qırılmaları üzrə səthi zəlzələlərin təyini) mövzusunda məqalə dərc olunub.

Məqalədə yeni paleoseysmoloji məlumatların əsasında, Böyük Qafqaz dağ silsiləsi ərazisində yerləşən Ağsu rayonunda 1139, 1668 və 1902-ci illərdə baş verən tarixi zəlzələlərin əlaməti olan üstəgəlmə qırılmaları, paleo zəlzələlərin başvermə zamanı və gücü aşkar edilib.

Qeyd edək ki, “Tectonics” elmi jurnalı Web of Science Core Collection: Science Citation Index Expande (SCIE) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan jurnal 5.26 impakt faktora malikdir və Q1 kateqoriyasındadır.

 Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://agupubs.onlinelibrary.wiley.com/doi/10.1029/2023TC007758

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə