Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Azərbaycan seysmoloqları “Əsgərin kitab rəfi” aksiyasında iştirak ediblər

28 Mart 2024
Azərbaycan seysmoloqları “Əsgərin kitab rəfi” aksiyasında iştirak ediblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına Azərbaycan seysmoloqları da qoşulublar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə RSXM-nin kollektivi aksiyada fəal iştirak ediblər. Aksiya çərçivəsində mərkəzin kollektivi tərəfindən müxtəlif səpkili 373 kitab toplanaraq “İrəli” İctimai Birliyinə təhvil verilib.

Qeyd edək ki, ikinci dəfə həyata keçirilən aksiyanın əsas məqsədi əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə tövhələr vermək, eləcə də gənclərimizin mütaliəyə marağının artırılmasıdır.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə