Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Amerikalı seysmoloqlar "Qafqaz kəsilişi" layihəsi ilə bağlı Azərbaycana gəliblər

27 Sentyabr 2019
Amerikalı seysmoloqlar "Qafqaz kəsilişi" layihəsi ilə bağlı Azərbaycana gəliblər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin  "Qafqaz Kəsilişi"  birgə layihəsi çərçivəsində işlər davam etdirilir. 

Bu günlərdə  amerikalı seysmoloqlar - Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda səfərdədirlər. Səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub. 

Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb. Hazırda İsmayıllı rayonunda quraşdırılmış stansiyalarda işlər davam etdirilir. Amerikalı seysmoloqların səfəri oktyabrın əvvəlində başa çatacaq.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə