Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Amerikalı seysmoloqlar "Qafqaz kəsilişi" layihəsi çərçivəsində Quba rayonuna səfər ediblər

2 İyun 2022
Amerikalı seysmoloqlar "Qafqaz kəsilişi" layihəsi çərçivəsində Quba rayonuna səfər ediblər

Azərbaycanda səfərdə olan ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin elmi işçisi Oğuzxan Yalvac AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Azər İsgəndərov və Əmirxan Abbasovla birgə Quba rayonuna səfər ediblər.

 

Səfərdə məqsəd layihə çərçivəsində seçilmiş ərazilərdə quraşdırılmış seysmik stansiyalara texniki baxışın və təminatın keçirilməsi, eləcə də, stansiyalardan toplanmış məlumatların emala yönəldilməsidir.

Xatırladaq ki, "Qafqaz kəsilişi" layihəsi Quba, Ucar, Ağcabədi, Hacıqabul və İsmayıllı rayonlarını əhatə edir. 

Qeyd edək ki, aparılan birgə tədqiqatlar iyunun 8-nə qədər davam edəcək. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə