Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər
Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin əməkdaşı Dastin Rey Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır.
Amerikalı seysmoloqlar səfər çərçivəsində “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Feyzullayev Rəsul ilə birlikdə çöl işlərində olublar.
Həmçinin amerikalı seysmoloqlar AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə aparılan tədqiqat işlərinə dair müzakirələr aparıblar. Amerikalı seysmoloqların səfəri iyulun 26-na qədər davam edəcək.