Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Amerikalı seysmoloq RSXM-də olub

8 Aprel 2019
Amerikalı seysmoloq RSXM-də olub

ABŞ-ın Missuri Universitetinin professoru  Erik Sandvol AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə Azərbaycan və Amerikalı seysmoloqların birgə həyata keçirdiyi “Qafqaz Kəsilişi” layihəsi ilə bağlı müzakirələr aparılıb. Layihə çərçivəsində Bakıya səfər etdiyini bildirən Erik Sandvol 3 rayonda (Neftçala, Hacıqabul, Göyçay) quraşdırılmış stansiyalarda məlumatların toplandığını deyib. İsmayıllı və Quba rayonlarına da səfər edəcəyini bildirən qonaq aprelin 17-nə qədər məlumatların toplanmasının davam etdiriləcəyini qeyd edib.

ABŞ və Azərbaycan Seysmoloqlarının birgə əməkdaşlığının müsbət tövhə verdiyini deyən RSXM-nin baş direktoru Qurban Yetirmişli aparılan işlərin Qafqazda seysmik işlərin nəticələrinin ümumilikdə seysmologiya elmi üçün əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi    

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə