Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2025-ci ildə nüfuzlu elmmetrik bazalarda yüksək nəşr göstəricilərinə görə AMEA-da birinci olub

2 Fevral 2026
AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2025-ci ildə nüfuzlu elmmetrik bazalarda yüksək nəşr göstəricilərinə görə AMEA-da  birinci olub

2025-ci ildə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) yüksək nəşr göstəricilərinə görə Azərbaycan Milli Elmlər Akademiyası üzrə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli birinci olub.

Fevralın 2-də AMEA-da keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 1-ci yerin diplomunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişliyə təqdim edib.

Tədbirdə həmçinin ikinci və üçüncü yerlər üzrə diplomlar, eləcə də beynəlxalq indeksli xarici jurnallarda məqalələri nəşr olunan gənc alimlər də diplomlarla təltif olunublar.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə