Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

ABŞ-ın Missiri Universitetinin professoru RSXM -də olub

15 Sentyabr 2021
ABŞ-ın Missiri Universitetinin professoru RSXM -də olub

Azərbaycanda səfərdə olan ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol sentyabrın 15- də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub. RSXM - nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən müzakirələrdə mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib. 

Görüşdə 2017-ci ildən bəri ölkəmizdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ - ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin iştirakı ilə birgə həyata keçirilən "Qafqaz kəsilişi" layihəsi üzrə işlərin gedişatı, eləcə də layihə çərçivəsində quraşdırılmış müvəqqəti stansiyaların fəaliyyəti və əldə olunmuş məlumatların yüksək texnologiyalı proqramlar vasitəsi ilə emalına dair məsələlər müzakirə olunmuşdur.

Erik Sandvol həmçinin məlumatların emalı və Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair RSXM - nin “Zəlzələ ocaqlarının dinamikasl” şöbəsi tərəfindən görülmüş işlərlə tanış olub, əldə olunmuş məlumatların emalına dair mərkəz əməkdaşları üçün təlim keçib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə