Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələddin Səidovun məzarı ziyarət edilib

3 Noyabr 2025
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələddin Səidovun məzarı ziyarət edilib

Noyabrın 3-də  44 günlük Vətən müharibəsinin şəhidi Ələddin Səidovun şəhidlik məqamına yüksəlməsinin beşinci ildönümü ilə bağlı mərasim keçirilib. Şəhidin ailə üzvləri, Nərimanov rayonun icra hakimiyyətinin və YAP Nərimanov Rayon Təşkilatının rəhbərliyi və əməkdaşları, millət vəkilləri, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin kollektivi şəhid Ələddin Səidovun məzarını ziyarət ediblər.

Mərasimdə Ələddin Səidovun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışılıb.  Ələddin Səidovun və torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən bütün şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Şəhid Ələddin Səidov 2020-ci ilin noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ələddin Səidov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə