Zərdab seysmik stansiyası
Koordinatlar:
40.270 N, 47.680 E
Yaranma tarixi:
2010-12-01
Stansiya haqqında
Rayonun ərazisi əsasən Kür çayı boyunca yerləşir. Zərdab rayonunun yerləşdiyi Mərkəzi-Aran, Kür-Araz çökəkliyinin Xəzər sahillərindən başlamış 0 metr yüksəkliyə qədər sahələrini əhatə edir. Rayonun səthi düzənlikdir, ərazinin çox hissəsi okean səviyyəsindən alçaqdadır. Ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Bu çökəklikdə yerləşən ərazilərdə neft yataqları vardır.