Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Zaqatala seysmik stansiyası

Koordinatlar:
41.640 N, 46.630 E
Yaranma tarixi:
2009-10-23

Stansiya haqqında

Zaqatala Azərbaycanın şimal - qərbində, Böyuk Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx – Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, qərbdən və şərqdən Azərbaycan respublikasının Balakən və Qax rayonları ilə, şimaldan Rusiya Fedarasiyasının Dağıstan respublikası ilə həmsərhəddir. Zaqatala şəhəri dəniz səviyyəsindən 535 metr hündürlükdə, Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şosesinin  üstündə vaxtilə Şərqin ən böyük ticarət mərkəzlərindən olan “Əskibazar”ın 25-30 km-də Böyük Qafqaz silsiləsinin ətəyində yerləşir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Böyük Qafqazın Balakən - Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Zaqatala rayonu qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşib. Təbiətin möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin diametri 6-7 metr olan Çinar ağacı burada yerləşir. Rayon ərazisində sıx meşə örtüyü var.

7 may 2012-ci ildə rayon ərazisində güclü zəlzələ baş vermişdir. Tikililərə ziyan dəysə də, insan təlafatı olmamışdır.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə