Siyəzən seysmik stansiyası
Stansiya haqqında
Siyəzən rayonu Böyük Qafqazın Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın qərbində dağlıq və dagətəyi ərazisi olan Baş Qafqaz sıra dağları Xəzər dənizinə dogru uzanaraq, dəniz səviyyəsindən 28 metr aşağıdadır. Geoloji quruluşuna görə paleogen-neogen və onun üzərində olan Üst Təbaşir çöküntüləri var. Ərazi üçün neft, təbii qaz, əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlar xarakterikdir. Siyəzən rayonu Azərbaycanın şimal zonasında, Bakı şəhərindən 100 km məsafadə Xəzər dənizinin sahilində yerləşir. Xızı və Şabran rayonları ilə həmsərhəddir. Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur.