Saatlı seysmik stansiyası
Koordinatlar:
39.930 N, 48.360 E
Yaranma tarixi:
2010-04-07
Stansiya haqqında
Saatlı rayonu Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. 1943-cü ildə müstəqil rayon kimi yaradılmışdır. Rayon 1963 - cü ildə Sabirabad rayonuna birləşdirilsə də, 1965 - ci ildə yenidən müstəqil rayon statusu almışdır.
Saatlı etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Rayonun Azadkənd, Fətəlikənd, Cəfərxan, Əlisoltanlı kəndlərində e.ə. II-III minilliklərə aid arxeoloji abidələr tapılıb. Saatlı rayonu Sabirabad, İmişli və Biləsuvar rayonları ilə həmsərhəddir.