Qusar seysmik stansiyası
Koordinatlar:
41.510 N, 48.260 E
Yaranma tarixi:
2011-04-12
Stansiya haqqında
Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabat yaylağı Qusar rayonunun ərazisindədir. Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərhədlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.