Qobu seysmik stansiyası
Koordinatlar:
40.400 N, 49.730 E
Yaranma tarixi:
2003-03-29
Stansiya haqqında
Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.
Qobu - Abşeron yarımadasında yerləşən qəsəbədir. Qədim tarixə malik Qobu qəsəbəsi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir.