Pirqulu seysmik stansiyası
Stansiya haqqında
Şamaxı rayonu Baş qafqaz silsiləsinin cənub-şərq ətəklərində, respublika paytaxtından 118 kilometr məsafədə yerləşir. Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 15 kv.m, əhalisi 85000 min nəfərdir. Şamaxı şəhərindən 12 km şimal-şərqdə. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir.
2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. XX əsrin əvvəlində (1902-ci il 13 fevral)Şamaxı seysmoaktiv zonasında baş vermiş I=9-10 ballıq (MSK-64 bölgülənməsi) zəlzələ nəticəsində 80 mindən artıq insan ölmüş, şəhər və ətraf yaşayış məntəqələri tamamilə yerlə yeksan olmuşdur. Son 100 il ərzində ölkə ərazisində belə dağıdıcı və katastrofik zəlzələlər baş verməsə də çoxsaylı güclü zəlzələlər qeyd olunmuşdur. Şamaxı tarixən də seysmoaktiv ərazi olmuşdur. Belə ki, burada 1667-ci ildə (9-10 bal), 1669-cu ildə (9 bal), 01.01.1671-ci ildə (8-9 bal), 01.02.1671 (8 bal), 09.08.1828-ci ildə (8 bal), 11.06.1859-cu ildə (8-9 bal), 02.09.1869 (8 bal), 28.01.1872 (8-9 bal), 13.02. 1902 (8-9 bal) güclü və dağıdıcı zəlzələlər baş vermişdir.