Naxçıvan seysmik stansiyası
Stansiya haqqında
Naxçıvan Muxtar Respublikası Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisinin 32%-i (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48%-i 2000 m-dək yüksəklikdə, 20 % isə 2000 metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə kükü dağıdı 93120 m). 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür.
1924-cü ildə Naxçıvana MR statusu verilib və Naxçıvan şəhəri MR-ın paytaxtına çevrilib. Muxtar Respublikanın ümumi ərazisi 5462,5 kv.m, əhalinin sayi 400 min nəfərdən çoxdur.
Naxçıvanda 906-cı ildə güclü və dağıdıcı zəlzələ baş vermişdir. Bu zəlzələ çoxsaylı dağıntı və insan təlafatına səbəb olmuşdur.