Mingəçevir seysmik stansiyası
Stansiya haqqında
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 1948-ci ildə şəhər statusu almışdır. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunluğu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 kv. m., orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
Tarixi məlumatlara görə, Mingəçevir ərazisində 5 min il bundan əvvəl kiçik şəhər mövcud olmuşdur. Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir- Sudağılan epitafiyası ) böyük əhəmiyyət daşıyır.