Lerik seysmik stansiyası
Stansiya haqqında
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-şərqdə Yardımlı, şimal şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəşar və Bürəbar dağ silsilələri uzanır. Talış və Peştəşar silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürdağ (2492 m) və Qızyurdudur (2433m). Lerik ərazisi sıx meşə zolagı ilə xarakterikdir. Lerik həm də Azərbaycanda uzunömürlülər diyari kimi tanınır. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu rayonda olmuşdur. 09.11.1998-ci ildə rayon ərazisində 7 bal gücündə zəlzələ baş vermişdir. Hadisə nəticəsində tikililərdə çoxsaylı çatlar əmələ gəlmiş, hasarlar və bəzi tikililər dağılmışdır.